Eyr Aoy

Eyr Aoy
yap. 藍井 エイル
Eyr Aoy çıxış edərkən.
Eyr Aoy çıxış edərkən.
Ümumi məlumatlar
Ləqəbi Eir
Doğum tarixi
Doğum yeri Sapporo,  Hokkaydo prefekturası, Yaponiya Yaponiya
Vətəndaşlığı Yaponiya Yaponiya
Milliyyəti yapon
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2011–2016, 2018–hazırda
Janrlar J-pop, pop-rok, anison
Albom şirkətləri SME Records (2011–2016)
Sacra Music (2018–hazırda)
aoieir.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eyr Aoy (藍井 エイル, Aoi Eiru?, d. 30 noyabr 1988, Sapporo)[1] – SME Records ilə əməkdaşlıq edən Yaponiya müğənnisi. Niconico video paylaşma platforması sayəsində kəşf edildikdən sonra 2011-ci ildə ilk sinqlı olan "Memoria"nı buraxmışdır.[2] "Memoria" "Fate/Zero" anime serialının birinci bağlanış mahnısı olmuşdur.

Eyr Aoyun mahnıları "Fate/Zero", "Sword Art Online", "Kill la Kill", "The Heroic Legend of Arslan" kimi bir çox anime seriallarında və "Rank Okoku" kimi verilişlərdə istifadə olunmuşdur. O, həmçinin ABŞ, Cənub-şərqi AsiyaAvropada keçirilən anime tədbirlərində iştirak etmiş və çıxış etmişdir.[3] 2016-cı ilin oktyabrında sağlamlığı ilə bağlı problemlərə görə 2016-cı ilin noyabrında Nippon Budokanda baş tutacaq iki günlük konsertdən sonra qeyri-müəyyən müddətliyinə musiqidən ayrılacağını bildirmişdir.[4] 2018-ci ilin fevralında aprel ayından musiqi dünyasına qayıdacağını açıqlamışdır.[5]

  1. "Biography". 藍井エイル(Aoi Eir)Official Website. February 5, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 22, 2013.
  2. "藍井エイル の記事まとめ" [Eir Aoi overview]. Rockin'On Japan (yapon). April 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 8, 2018.
  3. "Eir Aoi, Queen of Smash-hit Anime Songs!". Hyper Japan. June 13, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 8, 2018.
  4. "Singer Eir Aoi Goes on Indefinite Hiatus After Budōkan Concerts on November 4–5". Anime News Network. October 14, 2016. October 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2016.
  5. "Singer Eir Aoi Returns From Hiatus". Anime News Network. February 8, 2018. February 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 8, 2018.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne